...

Bank Standard ALDP ilə qarşılıqlı anlaşma barədə memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 13:20 (UTC +04:00)

Bank Standard və Azərbaycanda lizinqin inkişafı layihəsi üzrə Beynəlxalq Maliyyə Korporasiyası (ALDP) ilə əməkdaşlıq üzrə qarşılıqlı anlaşma barədə memorandum imzalayıb. Bankdan Trend ə erilən məlumata görə, ilin sonuna kimi Bank Standard lizinq əməliyyatlarının həyata keçirilməsinə başlamağı planlaşdırır. Bu, BMK-nın layihəsi lizinqin inkişafı sahəsində banka texniki yardım göstərməsi ilə bağlıdır.

Sənədə görə, ALDP bankın əməkdaşlarının peşə vərdişlərinin səviyyəsinin yüksəldilməsinə, lizinq siyasətinin işlənməsinə, müvafiq proqram təminatının və marketinq strategiyasının inkişafına, eləcə də lizinqin inkişafı sahəsində digər xidmətlərin göstərilməsində yardım edəcək. Öz növbəsində Bank Standard lizinq əməliyyatlarının maliyyələşdirilməsi üçün öz ehtiyatlarını elan etməyə, bankın lizinq portfeli barədə məlumat verməyə, ALDP -nin səmərəli fəaliyyəti üçün yardım göstərməyə borcludur.

Lizinq fəaliyyətinin inkişafına texniki yardım layihəsinin reallaşdırılmasına 3 il bundan əvvəl başlanılıb. Bu məqsədlər üçün $2 mln. vəsait İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyi (Seco) tərəfindən ayrılıb.

Lizinqin inkişafı layihəsi dəyəri 7 mln. İsveçrə frankı ($30 mln.) olan böyük layihənin bir hissəsidir. Həmin vəsait kiçik və orta müəssisələrin lizinq xidmətlərinin maliyyələşdirilməsi proqramında iştirak edən maliyyə təşkilatlarına veriləcək.

Xəbər lenti

Xəbər lenti