...

Gəncə avtomobil zavodu çinli sahibkarlarla yeni müqavilələr imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 11:53 (UTC +04:00)

Gəncə Avtomobil Zavodu (GAZ) Çindən olan sahibkarlarla yeni müqavilələr imzalayıb. Müəssisədən Trend ə verilən məlumata görə, zavodun direktoru Xanlar Fətiyevin səfəri gedişində imzalanan müqaviləyə görə, yaydan başlayaraq minik və orta tonnajlı avtomobillərin, eləcə də mikroavtobusların yığımı nəzərdə tutulub.

Çan Qan və Li Fan şirkətləri ilə bağlanan eksklüziv müqaviləyə görə, ilin sonuna kimi orta tonnajlı 7 modelin, mikroavtobusların 4 modelinin, minik maşınlarının 1 modelinin yığılması həyata keçiriləcək. Birinci mərhələdə avtomobillərin bütün hissələri Çindən gətiriləcək, gələcəkdə isə zavod bəzi hissələri özü istehsal etməyi planlaşdırır.

Çin avtomobillərinin yığılması yerli mütəxəssislər təfindən həyata keçiriləcək. Bu məqsədlə zavodun ərazisindəki 20 min kvadrat meirlik sahədə təmir işləri aparılır.

"Yeni avtomobil modellərinin yığımı Gəncə Avtomobil Zavodunda əlavə olaraq 600 yeni iş yerinin açılmasına xidmət edəcək", - deyə CAZ-dan bildirilib.

Xəbər lenti

Xəbər lenti