Vergilər nazirliyi əmlak vergisi strukturunun təkmilləşdirilməsinə başlayıb. Nazirliyin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Akif Musayev Trend ə bildirib ki, artıq uçot sisteminin formalaşdırılması və əmlakın qeydiyyatı üzrə iş aparılır. Dünya təcrübəsində torpaq vergisi və əmlak vergisi kimi ayrı-ayrı anlayışlar yoxdur, amma Azərbaycanda olduğu kimi, bəzi ölkələrdə də hər iki vergi növü tətbiq olunur.
Torpaq daşınmaz əmlakın qiymətli tərkib hisssi olduğu üçün torpaq və əmlaka ayrı-ayrılıqda vergi tətbiq olunmasına ehtiyac yoxdur. Hazırda respublikada iki qanun - "Torpaq vergisi haqqında" və "Əmlak vergisi haqqında" qanunlar qüvvədədir. Amma A.Musayev yaxın perspektivdə Azərbaycanda torpaq bazarının inkişafı ilə bağlı olaraq bu iki verginin bir vergi olaraq birləşdirilməsi ehtimalını istisna etmir. O, vaxtı dəqiqləşdirməyib, amma bu gün nazirliyin əməkdaşları bu sahədə dünya təcrübəsi ilə tanış olur və bunu təhlil edir. A.Musayev hesab edir ki, bu qərarın qəbul edilməsi hazırkı mərhələdə qiymətli kağızlar bazarının kifayət qədər inkişaf etməməsi ilə bağlı olaraq mümkün deyil. Bununla belə, Azərbaycandakı iqtisadi inkişaf sürətli templə gedir, buna görə də vahid vergi qısa müddət ərzində yaradıla bilər.