...

Krasnoe Sormovo zavodu XDGİ üçün neftdaşıyan tankeri suya buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 15:53 (UTC +04:00)

DNL Qrupuna daxi olan Krasnoe Sormovo zavodu Azərbaycan dövlət Xəzər dəniz gəmiçiliyi idarəsinin (XDGİ) sifarişi ilə qurulmuş "Koroğlu" neft daşıyan tankerini suya buraxıb. Trend bildirir ki, bu barədə DNL-in məlumatında deyilir. Suya buraxıldıqdan sonra tankerdə son işlər və şvart sınağı həyata keçiriləcək. Tankerin 2006-cı ilin iyun-iyul aylarnda sifarişçiyə verilməsi nəzərdə tutulur. Sənəddə qeyd olunur ki, bu, zavodun 2002-ci ilin oktyabrında imzaladığı müqavilə çərçivəsində hazırlanmış 19619 layihəsinin dördüncü gəmisidir. "Prezident Heydər Əliyev" baş gəmisi 2004-cü ilin sentyabrında, "Babək" gəmisi isə həmin ilin noyabrında sifarişçiyə verilib. 2005-ci ilin yanvarında XDGİ üçün 19619 layihəsinin daha iki neftdaşıyan tankerinin inşasına dair müqavilə imzalanıb. Üçüncü "Şah İsmayıl Xətai" gəmisi ötən ilin oktyabrında XDGİ-yə verilib.

Tanker "çay-dəniz" dərəcəsinə aiddir, on iki yük və bir durulducu çənlə təchiz olunub, iki göyərtədə və iki dibdə ballast bölmələri vardır. Uzunluğu - 152 m, eni - 17,30 m, göyərtənin hündürlüyü - 10,5 m, suya oturma dərəcəsi - 6,99 m, tam yüklə sürəti - 10 dəniz milidir. Tankerin tutumu 13 min tondur ki, bu da gəmi üçün maksimum həcmdir. Bu, Xəzərdə liman terminallarında yenidən təchiz edilmədən sərbəst istismar olunmağa imkan verir.

Müxtəlif hava şəraitində, sərt soyuq dəniz iqlimi olan rayonlarda 20 sutka üzmə avtonomluğu ilə işləmək gücünə malik olan gəmi 60S buxar temperaturunda neft xammalı və neft məhsulları daşımaq üçün nəzərdə tutulub. Bir reyslə eyni vaxtda müxtəlif növ neft məhsullarının daşınması mümkündür. Gəmi Rusiya Dəniz gəmiçiliyinin Reqistri ilə KM L1 I I A1 dərəcəsinə malikdir.

Avqustda beşinci analoji "Dədə Qorqud" tankeri suya buraxılacaq. Bu tanker də Krasnıy Sormovoda eksklyuziv layihəyə əsasən inşa edilib və oktyabrda Bakı limanına gətiriləcək.

Xəbər lenti

Xəbər lenti