...

Aydın Vəliyev: Azərbaycanın broyler müəssisələrinin quş məhsulları istifadə üçün təhlükəsizdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 16:10 (UTC +04:00)

Azərbaycanın "Respublika quşçular cəmiyyəti"nin tərkibinə daxil olan 21 müəssisəsinin rəhbərliyi ölkədə "quş qripi" virusunun aşkar olunması ilə əlaqədar martın 27-də mətbuat konfransı keçirib. Trend in xəbər verdiyi kimi, təşkilatın rəhbəri Aydın Vəliyev fabriklərdə istehsal olunan quş məhsullarının istifadə üçün təhlükəsiz olması barədə məlumat verib.

"Təşkilatımızın üzvü olan 21 broyler müəssisəsindən heç birində (Mardakan Broyler, Siyazan Broyler, Devechi Broyler və s.), "quş qripi" virusu aşkar olunmayıb ki, bunu da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin quşların sağlamlığı ilə bağlı gigiyena sertifikatları və rəyi təsdiqləyir", - deyə o qeyd edib.

A.Vəliyevin sözlərinə görə, buna baxmayaraq, məhsul satışı xeyli azalıb. Belə ki, 2005-ci ildə əhalinin quş ətinə olan tələbatının 60%-i və yumurtaya olan tələbatının 100%-i məhz yerli müəssislər tərəfindən təmin olunub. "Bu dövr ərzində biz hətta Gürcüstan, Qazaxıstan, Türkiyə, Rusiya və digər ölkələrə də yumurta satmışıq", - deyə o vurğulayıb.

Hazırda özəl broyler müəssisələrində 10 min nəfər çalışır.

Cəmiyyətin rəhbəri qeyd edib ki, hökumət kommunal xidmətlərə görə ödənişlərlə bağlı fabriklərə bir sıra güzəştlər etsə də, yaranmış vəziyyətlə əlaqədar ayrı-ayrı quşçuluq müəssisələrinin götürdüyü və quş əti istehsalına yönəldilmiş kreditləri vaxtında qaytarmaq mümkün olmayacaq.

"Biz ölkədə quş qripi" virusuun qarşısının alınması və kredit borclarının qaytarılması üçün möhlətin verilməsi ilə bağlı nazirliklərin fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət komissiyasına müraciət etmişik".

Xəbər lenti

Xəbər lenti