...

Heydər Babayev: Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ticarət attaşesi institutunun inkişafında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2006 12:16 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ölkənin xaricdəki diplomatik nümayəndəliklərində ticarət attaşesi institutunun inkişafında maraqlıdır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Ticarət attaşesi İİN-nin nümayəndələrindən, eləcə də XİN əməkdaşlarından təyin edilə bilər. Biz bu məsələ üzərində işləmək istəyirik",- deyə H. Babayev bildirib. Məhz attaşenin sayəsində Azərbaycan sahibkarlarının iqtisadi əlaqələri möhkəmlənə bilər.

Xəbər lenti

Xəbər lenti