...

Qeyri-neft sənayesinin inkişafı proqramının hazırlanması çərçivəsində zona görüşləri keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2006 18:11 (UTC +04:00)

Qeyri-neft sənayesinin inkişafı proqramının yaradılması çərçivəsində bu sektorun rəhbərləri ilə zona müşavirələrinin keçirilməsi nəzərdə tutulur ki, gələcəkdə bu sahənin inkişafının ümumrespublika proqramına daxil edilməsi ilə bağlı problemlər aydınlaşsın.

Trend in məlumatına görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, aprelin əvvəlində Sumqayıtın sənaye nümayəndələri ilə görüşlər keçiriləcək və orada məruzələr, biznes-planlar təqdim ediləcək. Bunların yekunlarına əsasən şəhər sənayesinin inkişafı proqramı hazırlanacaq.

Analoji görüşlər Mingəçevir, Əli Bayramlı, Gəncə, Astara və digər regionlarda da keçiriləcək. Belə görüşlər Bakıda da keçiriləcək. Bunlar şəhərin ayrı-ayrı rayonlarına aid edilcək. Bu görüşlərin məqsədi konkret region sənayesinin problemlərinin müəyyən edilməsi, tələbatın, imkanların öyrənilməsidir. "Gələcəkdə dövlət investisiya şirkətlərinin yaradılmasından sonra konkret müəssisələrin inkişafı üçün investisiya həyata keçirilməsi mümkündür" -deyə o qeyd edib. Amma öncə bu müəssisələrin iqtisadi qiymətləndirilməsi aparılmalı, investisiya cəlbediciliyi məsələsi öyrənilməli, eləcə də bu müəssisələrin işi ilə bağlı biznes-planlar hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti