...

"Xəzərdənizneftdonanması" "General Şıxlinski" və "Məcik-1" gəmilərini yenidən quraşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2006 18:19 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzərdənizneftdonanması" idarəsi "General Şıxlinski" və "Məcik-1" gəmilərinin təmiri üçün tələb olunan müxtəlif avadanlıq və ehtiyat hissələrinin alınması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, tender təklifləri 2006-cı il aprelin 28-də açıqlanacaq.

Tenderdə iştirak etmək istəyənlər sənədləri "Xəzərdənizneftdonanması" idarəsinin marketinq şöbəsinə müraciət etdikdən sonra əldə edə bilər. Yük alan avadanlıq və ehtiyat hissələrini müqavilənin imzalandığı gündən etibarən 3 aydan gec olmayaraq yola salmalıdır. Avadanlığın dəyəri yük göndərildikdən sonra 1 il ərzində hissə-hissə ödəniləcək.

Təkliflərin qiymətləndirilməsi zamanı ehtiyat hissələrinin dəyərinə, spesifik bacarığa (gəminin ehtiyat hissələri ilə təchiz olunması sahəsində) və göndərilmə müddətinə üstünlük veriləcək.

Xəbər lenti

Xəbər lenti