...

Əmlak Komitəsi özəlləşdirilmiş dövlət əmlakının qiymətləndirilməsi üzrə yeni təkliflər təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 13:24 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi özəlləşdirilmiş dövlət əmlakı qiymətinin real bazar qiyməti ilə uyğunlaşdırılması üçün normativ-hüquqi aktların layihələrini hazırlayıb. Trend bildirir ki, bu barədə Komitənin martın 29-da yaydığı məlumatında deyilir.

Sənədlərə hazırda ölkənin Nazirlər Kabinetində baxılır. Məlumatda deyilir ki, sonradan sənədlər dövlət başçısına təqdim olunacaq.

Qiymətləndirmədə əsas yenilik odur ki, müəssisələrin qiyməti onların hərraca çıxarılacaq konkret maliyyə, biznes və bazar mövqeyindən asılı olaraq müəyyən ediləcək. Əmlakın qiymətləndirilməsi zamanı real bazar vəziyyəti nəzərə alınacaq. Dövlət aksiyalarının qiyməti və daha gəlirli sahələrdə fəaliyyət göstərən müəssisələrin dövlət payı beynəlxalq təcrübə ilə xüsusi qiymətləndirmə üsullarına əsasən müəyyən ediləcək.

Bütün bu tədbirlər ölkənin dövlət büdcəsinə daxilolmaların artırılmasına çox kömək edəcək.

Xəbər lenti

Xəbər lenti