...

Azərbaycanın Maliyyə Nazirliyi Sahibkarlığa Dəstək Milli Fonduna maliyyə ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 15:08 (UTC +04:00)

Bu gün Azərbaycanın Maliyyə Nazirliyi Sahibkarlığa Dəstək Milli Fonduna (SDMF) maliyyələşdirmə açıb. Trend bildirir ki, iqtisadi inkişaf naziri Heydər Babayev bu barədə jurnalistlərə bəyan edib. Maliyyə nazirliyi dövlət büdcəsinə qoyulmuş ümumi həcmdən 25- 30% (təxminən $100 mln.) ayırıb. Bu, dövlət büdcəsində cari il üçün nəzərdə tutulmuş ilk tranşdır.

Nazirin sözlərinə görə, ehtiyatların bölüşdürülməsi üçün Milli fond respublikada fəaliyyət göstərən banklara müraciət edib ki, həmin banklar KOS-un inkişafı sahəsində onlarda olan layihələri təqdim etsin.

İİN paralel olaraq SDMF-in qaydalarının yeni variantını hazırlayır və bu, digər sahələrdə də İİN haqqında əsasnaməyə dəyişikliklərlə birgə ümumi sənəd paketində ölkə prezidentinin təsdiqinə təqdim ediləcək.

Qaydalara sahibkarlara kreditin ayrılmasına prosesinə aid dəyişikliklər daxil ediləcək və kredit verilməsi praktikası dəyişdiriləcək. Artıq kreditlərin əksər hissəsi kiçik banklar vasitəsilə yox, iri banklar vasitəsilə kiçik məbləğlərlə paylaşdırılacaq. Nazir bunu düzgün olmayan siyasət hesab edir.

Yeni təkliflərə əsasən banklar tərəfindən sahibkarların kreditləşdirilməsi üçün vəsait ayrılmasına limit tətbiq ediləcək. Limit bankın nizamnamə kapitalının həcmindən, bankın ölkə bazarındakı yeri və çəkisindən asılı olacaq. Nazirlik bütün bankları əhatə etmək niyyətindədir, amma daha böyük banklar bu prosesdə daha fəal iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti