...

Azərdəmiryolbank Travelex pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 16:01 (UTC +04:00)

Azərdəmiryolbank səhmdar kommersiya bankı Travelex beynəlxalq pul köçürmələri sisteminə qoşulub. Bu barədə Trend ə bankdan məlumat verilib. İndiyə kimi bank köçürmələri bütün dünya üzrə MoneyGramm , MDB ölkələrində isə Migom, "Əlaqə" və "Sürətli poçt" sistemi vasitəsilə həyata keçirib. Bundan əlavə, respublika daxilində Azərdəmiryolbankın filialları arasında pul köçürmələri üçün "Şimşək" sistemi yaradılıb ki, bu sistem 5-7 dəqiqə ərzində əməliyyatı yerinə yetirməyə imkan verir.

Ötən il ərzində Azərdəmiryolbankın MoneyGramm, Migom və "Sürətli poçt" vasitəsilə pul köçürmələrinin dövriyyəsi $5 573 951 olub.

Travelex sistemi vasitəsilə əməliyyatın həyata keçirilməsinin ümumi vaxtı 2-3,5 dəqiqə təşkil edir. Dünya Bankının məlumatına görə, statistika üzrə hər 10 nəfərdən biri 1 il ərzində azı 1 dəfə özəl pul köçürmələri xidmətindən istifadə edir.

Özəl Travelex şəbəkəsi 31 ölkədə müştərilərə xidmət üzrə 664 şöbədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti