...

Emil Məcidov: Özəl şirkətlər Azərbaycanın DTT-yə daxil olmasının müsbət və mənfi tərəfləri ilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 16:58 (UTC +04:00)

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) daxilğ olması prosesinin özəl şirkətlər üçün müsbət və mənfi amillərinə aprelin 5-də Bakıda baxılacaq. Bu barədə Trend ə Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Emil Məcidov bildirib. Tədbirin təşkilatçıları AZPROMO və Cenevrənin ITC (International Trade Center) təşkilatıdır. Bu təşkilat DTT-nin törəmə informasiya şirkətidir. Həmin mərkəz beynəlxalq və qlobal ticarətlə məşğul olur. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda DTT ilə bağlı açıq dialoqun keçirilməsidir. Çünki bu gün danışıqlar prosesinə yalnız dövlət orqanlarının nümayəndələri cəlb edilib. Biznes mühitin nümayəndələri DTT-yə daxil olmaqla nə əldə olunacağı ilə bağlı təəssürata malik olmaq üçün dövlət orqanlarına müraciət edə bilər. E.Məcidov qeyd edib ki, həmin prosesin canlandırılması üçün özəl şirkətlərin iştirakı ilə ümumi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Hazırda DTT-yə daxil olma prosesi ilə bağlı Azərbaycan dilində materiallar hazırlanır və bu materiallar biznes mühiti arasında yayılacaq.

Xəbər lenti

Xəbər lenti