...

"Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında" qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 17:17 (UTC +04:00)

Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının martın 29-da birgə iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclasda "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

İnsan hüquqları daimi komissiyanın sədri Rəbiyyət Aslanova deyib ki, işçi qrupu layihənin birinci oxunuşda müzakirəsi zamanı səslənən irad və təkliflərin əksəriyyətini nəzərə alınıb.
Sonra Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin əməkdaşı Elçin Quliyev layihə ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu qanun Azərbaycan Respublikası əhalisinin dövlət reyestrinin müasir informasiya texnologiyaları vasitəsilə formalaşdırılmasını, aparılmasını, istifadəsini və informasiya mühafizəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək.

Müzakirələr zamanı deputatlar və dəvət olunan şəxslər qanunun əhəmiyyətindən danışıblar. Qanun layihəsi parlamentin müzakirəsinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti