...

Səlim Müslümov: 2007-ci ildən bütün işəgötürənlər Sosial Fond qarşısında hesabat verəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2006 10:34 (UTC +04:00)

2007-ci ildən ayrı-ayrılıqda hər bir müəssisə Əhalinin sosial müdafiəsi üzrə Dövlət Fondu (ƏSMDF) işləyənlər barədə və aylıq sosial sığorta üzrə tutulmalar haqda məlumat təqdim edəcək. Dövlət Fondunun sədri Səlim Müslümov jurnalistlərə bildirib ki, illik hesabata əlavələrin forması təsdiq olunub. Hazırda isə hələlik müəssisələrdən bütün sosial vəsiqələri təmin etmək üçün qeydiyyat forması alırıq.

Beləliklə, ƏSMDF Azərbaycanda işləyən xarici vətəndaşlar barədə dəqiq informasiyaya malik olacaqlar. Onlar 2006-cı il yanvarın 1-dən məcburi sosial sığortalar üzrə tutulmaların ödənməsinə cəlb ediləcəklər. İlkin hesablamalara görə, respublikada çalışan caricilər tərəfindən sosial tutulmalar üzrə daxilolmalar gələn ili 25-30 mlrd. manat təşkil edəcək. Xarici vətəndaşlar üçün məcğuri sosial sığorta üzrə tutulmalırın dərəcəsi 25% təşkil edir. Bu zaman onun 22%-ni işəgötürən ödəyəcək, 3% -ni isə işçinin öz əmək haqqından tutulacaq.

Qeyri-rezidentlərin ayrıca uçotunun olmaması üzündən onların dəqiq sayını müəyyən etmək çətindir. Bundan əlavə, bu yeniliklər neft müqavilələri çərçivəsində işləyənlər üçün "Sosial sığorta barəsində" Qanununa aid edilmir. Çünki onlar sosial sığorta üzrə tutulmalın ödənişindən azad ediliblər.

S.Müslümovun sözlərinə görə, xarici vətəndaşlar baza pensiyası almayacaqlar. Çünki onlar onu öz ölkələrində alacaqlar. Azərbaycanın pensiya fondunda onların hesabında torlanan hesabdan onlar pensiya yaşına çatdıqdan sonra onlar təmsil etdikləri ölkənin Pensiya fonduna müraciət edərək həmin vəsaiti ala bilərlər. Yerli qanunvericiliyə görə, xarici vətəndaşların pensiyaları hər ay göstərilən ünvandan ödəniləcək.

Xəbər lenti

Xəbər lenti