...

Əmlak Komitəsi "Oğuz-şərab"ın özəlləşdirilməsinə dair müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2006 15:09 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi RRC MMC ilə "Oğuz-şərab" SC-nin aksiyalarının "Alqı-satqısına dair" müqavilə bağlayıb. Bununla bağlı investisiya müsabiqəsi dekabrın 20-də keçirilib. Trend Dövlət komitəsinin məlumatına istinadən bildirir ki, RRC investisiya proqramı çərçivəsində müqavilə şərtlərinin və tədbirlərin həyata keçirilməsi üçün 12 ay ərzində müəssisəyə 600 min yeni manat sərmayə qoyacaq.

Müqaviləyə əsasən sərmayəçi dövlət büdcəsinə 185 mln. manat (37 min yeni manat) köçürəcək. Dövlət komitəsinə ödəniş üçün 34 min özəlləşdirmə çeki təqdim ediləcək.

Şirkətin investisiya proqramına əsasən, ilkin işlərin həyata keçirilməsi üçün "Oğuz-şərab"ın hesabına 150 mln. manat (30 min yeni manat) köçürüləcək. Bu vəsaitlər şərab müəssisəsində binanın və qurğuların təmiri, istehsal prosesinə yeni texnologiyaların cəlb edilməsi və istifadəyə verilməsi, ilkin emal üçün sahələrin bərpası, müasir laboratoriyanın təşkili, eləcə də sosial məsələlərin həlli üçün nəzərdə tutulub.

Təqdim olunmuş sosial proqrama əsasən, istehsal səviyyəsinin yüksəldilməsi ilə "Oğuz-şərab"da işçilərin sayı 100 nəfərədək artırılacaq.

Xəbər lenti

Xəbər lenti