...

Azərdəmiryolbank əmanətçiləri "Uduşlu əmanətlər" lotereyası çərçivçəsində $17500 qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 12:40 (UTC +04:00)

2005-ci ilin sentyabrından başlayaraq Azərdəmiryolbank Səhmdar Bankı hər ay "Uduşlu əmanətlər" lotereyası keçirir. Trend in xəbər verdiyi kimi, bankın press-relizində deyilir ki, bu dövr ərzində Azərdəmiryolbank-da 7 tiraj keçirilib və əmanətçilər $17500 qazanıb.

Lotereya iştirakçıları banka 1 ildən çox müddətə $2000 (valyuta növündən asılı olmayaraq) qoymuş müştəriləridir. "Uduşlu əmanətlər" lotereyası hər ayın 10-da keçirilir və $2500 oynanılır. Bu uduş 4 qalib arasında bölüşdürülür ($1500, $500, $300, $200). Növbəti 8-ci tiraj aprelin 10-da Azərdəmiryolbank-ın baş ofisində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti