...

Aydın Bəşirov: Xəzər Dəniz Gəmiçiliyi səylərini Azərbaycanda tankerlərin tikintisinə yönəldir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 14:26 (UTC +04:00)

İki aydan sonra Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin "Heydər Əliyev" gəmisi tipində tikilən "Dədə Qorqud" beşinci tankeri suya buraxılacaq. Trend in məlumatına görə, bu barədə martın 31-də jurnalistlərə idarənin rəhbəri Aydın Bəşirov məlumat verib.

2006-cı il fevralın 23-də yeni "Koroğlu" gəmisinin suya buraxıldığını xatırladan Aydın Bəşirov bildirib ki, bundan sonra idarə öz səylərini tankerlərin bilavasitə Azərbaycanda tikiləcəyinə yönəldəcək.

Bununla yanaşı, ilarənin rəhbəri Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından keçməsi məsələsinə də toxunub. "Xəzər dənizinjdən Qara dənizə və əksinə cəmisi 25 gəminin keçməsi üçün icazə alınıb", - deyə A. Bəşirov bildirib.

"Bu göstəricini dəyişmək üçün Rusiya qanunlarında dəyişiklərin edilməsi zəruridir", - deyə o bildirib. İdarənin rəhbəri onu da əlavə edib ki, gəmilərin keçidinin sayının artırılması ilə bağlı danışıqların 10 ildən artıq bir dövrdə artırılmasına baxmayaraq, hələlik bu istiqamətdə hər hansı dəyişiklik yoxdur.

Xəbər lenti

Xəbər lenti