...

Milli Bank kommunal sistemlər üzrə informasiya sistemlərinin yaradılması ilə bağlı tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 14:33 (UTC +04:00)

Azərbaycanın Milli Bankı (AMB) maliyyə xidmətlərinin inkişafı layihəsi çərçivəsində kommunal xidmətlərə görə vəsaitlərin toplanması üzrə mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılması və quraşdırılması ilə bağlı tender keçirir. Trend in verdiyi məlumata görə, sistem bütün abonentlər üzrə təhlükəsiz informasiya bazasının yaradılması və dəstəklənməsini özündə əks etdirməlidir. Buraya fiziki və hüquqi şəxslər, ablnentlərin identifikasiya üçün onlara müfafiq şifrələrin verilməsi yolu ilə qeydiyyata alınması, abonentlərin ödənişləri yerinə yetirilməsi dəstəklənməsi daxildir. Bu zaman ödənişlər abonentlərin özləri tərəfindən seçilən növ üzrə həyata keçirilə bilər. [QQ] Sistemin yaradılmasından sonra işlərin icraçısı 3 ay müddətində onun səmərəliliyni yoxlamalı, texniki avadanlıqlar və proqram təchizatı üzrə texniki tələbləri hazırlamalı, MB-ın əməkdaşlarının idarəetmə sistemi üzrə təhsilini təşkil etməlidir.

Tenderdə maraqlı olan şəxslər 500 manat və ya $550 ödəməlidirlər.

Potensial tender iştirakçıları ilə görüş mayın 16 -da keçiriləcək.

İşlərin birinci mərhələsi üzrə tender təklifləri MB-a iyunun 30-dan gec təqdim edilməməlidir. Tender proseduralarının özü 2006-cı il iyunun 30-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti