...

Azərbaycan İpoteka Fondu ilk kreditin verildiyni elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 16:01 (UTC +04:00)

Azərbaycanın İpoteka Fondu (AİF) Bank Standard -ın təqdim etdiyi ilk ipoteka kreditinin verildiyini elan edib. Bu gün fondun tələblərinə müvafiq olaraq sənədləşməni Xalq Bank, Turanbank vəTexnikabank nəzərdən keçirir və yaxın vaxtlarda daha 3 ailə ipoteka krediti ala biləcək. Trend in verdiyi məlumata görə, bu barədə martın 31-də AİF-in icraçı direktoru Faiq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ipoteka krediti alan şəxsin aylıq əmək haqqı $1 min təşkil edir. O qeyd edib ki, indiyə kimi fondun bank agentlərinə ipoteka krediti ilə bağlı yüzlərlə müraciət daxil olub. "Ərizələr $8 mindən $30 minə qədər kreditin alınması üçün təqdim olunub", - deyə o, göstərib.

AİF-in vəsaiti hesabına ipoteka kreditinin nəzərdə tutulduğu maksimal müddət 15 ilə qədərdir. Faiz dərəcəsi illik maksimum 12% -dir. Lakin artıq bəzi banklar rəqabət qabiliyyətini artırmaq üçün aşağı dərəcələr təklif edirlər. AİF-in sərəncamında 2005-2006-cı illər büdcəsindən ayrılan 130 mlrd. manat var. Fond barədə əsasnaməyə müvafiq olaraq, büdcə vəsaitləri ilə yanaşı, qrantlar, kreditlər də cəlb edilə bilər. Fond qiymətli kağızların emissiyalarını istehsal etmək hüququna da malikdir. Əldə olunan kreditlərdən isə gələcəkdə kreditlərin verilməsi üçün istifadə edilə bilər.

Azərbaycanın Milli Bankı tərəfindən hazırlanan dövlət ipoteka proqramı 2006-cı il martın 1-dən start götürüb.

Xəbər lenti

Xəbər lenti