...

Respublika Quşçuluq Cəmiyyəti "açıq qapı" həftəsi elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 17:13 (UTC +04:00)

Azərbaycanın Respublika Quşçuluq Cəmiyyəti aprelin 3-dən "açıq qapı" həftəsi elan edir. Təşkilatdan Trend ə verilən məlumata görə, bu tədbir Azərbaycanda "quş qripi" ilə əlaqədar yaranmış vəziyyətdən sonra əhalini quş məhsullarının istehsalı ilə bağlı məlumatlandırmaq məqsədilə keçirilir.

"Açıq qapı" həftəsi çərçivəsində aprelin 3-də bir sıra KİV nümayəndələrinin Cəmiyyətin tərkibinə daxil olan quşçuluq müəssisələrinə səfəri təşkil ediləcək.

"Fabrik əməkdaşları mətbuat nümayəndələrinin iştirakı ilə quş ətinin dadına baxacaqlar. Səfər Mərdəkan-Broyler müəssisəsindən başlanacaq", - deyə təşkilatdan bildirilib.

Cəmiyyətdə 20-dən artıq quşçuluq müəssisəsi birləşir: Mərdəkan -Broyler, Siyəzən Broyler, Devechi Broyler və s.

Martın 27-də Cəmiyyət mətbuat konfransı keçirib və burada quş qripi xəstəliyinin yayılması ilə əlaqədar ölkə müəssisələrində istehsal olunan quş məhsulları satışının kəskin aşağı düşdüyü qeyd olunub.

Xəbər lenti

Xəbər lenti