...

Hesablama Palatası qaçqın və məcburi köçkünlər üçün ayrılan vəsaitlərdən istifadənin auditini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2006 12:46 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası (HP) 2004-2005-ci illərdə və 2006-cı ilin cari dövründə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı ayrılan vəsaitlərin istifadəsinin audit Proqramını təsdiq edib.

Trend in xəbər verdiyi kimi, bu barədə HP-nin rəsmi məlumatında deyilir.

Audit aşağıdakı məsələləri əhatə edəcək:

- ayrılmış vəsaitlərin mövcud qanunvericiliyə uyğun istifadəsinin araşdırılması;

- qaçqın və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı bütün mənbələrdən daxil olmuş vəsaitlərin strukturunda Dövlət Neft Fondu tərəfindən ayrılan vəsaitlərin xüsusi çəkisinin araşdırılması;

- 2007-ci ilin Dövlət büdcəsi layihəsinə verilmiş sifarişlərin araşdırılması;

- vəsaitlərin ayrılmasına və istifadəsinə ümumi nəzarətin, o cümlədən daxili nəzarətin təşkili səviyəsinin araşdırılması.

Audit tədbirləri aprelin 10-dan etibarən Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ölkənin Nazirlər Kabineti yanında məcburi köçkünlərin Sosial İnkişaf Fondunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti