...

Azərbaycan İCARDA-nın təşkil etdiyi görüşdə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2006 10:52 (UTC +04:00)

Azərbaycan Quraq rayonlarda kənd təsərrüfatı üzrə beynəlxalq araşdırmalar Mərkəzinin (İCARDA - International Center for Agricultural Research in the Dry Areas) təşkil etdiyi illik toplantıda iştirak edəcək. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bir sıra ölkələrin kənd təsərrüfatı sahəsindəki işlərin yekunlarına dair hesabatlarının təqdim olunacağı tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Elmi-Aqrar Mərkəzinin baş direktoru Əsəd Musayev iştirak edəcək.

Görüş mayın 7-də Aleppoda (Suriya) keçiriləcək.

Azərbaycan bu təşkilatla genetik ehtiyatlar, seleksiya sahəsində və bu istiqamətdə kadrların hazırlanmasında əməkdaşlıq təcrübəsinə malikdir. Əvvəlki illərdə Eroziya və Suvarma Elmi-Texniki İnstitutu bu təşkilatın maliyyə dəstəyi ilə "Tərtər rayonundakı təcrübə sahəsində intensiv soya əkinləri üçün fermer təsərrüfatlarının iştirakı ilə təkmilləşdirilmiş suvarma texnologiyalarının yoxlanılması", Şamaxı rayonunda fermerləri də cəlb etməklə meyvə bağlarının salınması texnologiyasının tədqiqi" və digər layihələri həyata keçirib.

Görüşdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən nümayəndələrin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti