...

İsveçrənin Mərkəzi Bankı Azərbaycanın Milli Bankına texniki yardımı genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2006 15:01 (UTC +04:00)

İsveçrənin Mərkəzi Bankı Azərbaycanın Milli Bankı ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumata görə, bu təşəbbüs barədə Azərbaycan hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində birgə komissiyanın ikinci iclasının gedişində bildirilib.

Təşkilata texniki yardım ödəniş sistemləri üzərində nəzarət, insan ehtiyatlarının idarə olunması sistemlərinin inkişafı və onların avtomatlaşdırılması, nəqd qarşılıqlı hesablaşmalar üzrə idarəetmə sahəsində, elektron ödənişləri nizamlayan normativ-hüquqi bazanın təkmilləşdirilməsinə aiddir. İsveçrənin Mərkəzi bankı elektron kitabxananın yaradılması üçün texniki yardım göstərilməsi imkanlarını araşdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti