...

Bakıda yeni terminalın təməlinin qoyulması mayın 6-da gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 10:52 (UTC +04:00)

Hövsanı qəsəbəsində yeni taxıl terminalının rəsmi təməlqoyma mərasimi mayın 6-da, Qazaxıstanın baş naziri Danial Axmetovun İƏT iclasında iştirak etmək məqsədilə Azərbaycana səfəri zamanı keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalislərə baş nazirin birinci müavini Abbas Abbasov məlumat verib. Terminalın tikintisinə bu il başlanmalıdır. 2007-ci ildə isə elevatorun ətrafında un dəyirmanı, çörək zavodu və digər infrastrukturlar inşa olunacaq.

"Bu, Azərbaycan və Qazaxıstan arasında qeyri-neft sektorunda böyük layihədir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı bir şəraitdə ölkədə sabitliyi təmin etmək üçün taxıl terminalının yaradılması çox əhəmiyyətlidir. AR və Ermənistan arasında danışıqlar prosesinin gərginləşməsi ölkənin strateji mövqeyini möhkəmləndirməyə vadar edir. Bu şəraitdə Azərbaycan hökuməti ölkənin kifayət həcmdə taxıl ehtiyatı ilə təmin olunmasında maraqlıdır", - deyə A.Abbasov qeyd edib.

Taxıl terminalının tikintisi üçün artıq Qazaxıstan tərəfdən "Prodkorporasiya" SC ilə birgə "Bakı taxıl terminalı" müştərək müəssisəsi yaradılıb. Bu barədə Trend ə SC-nin Bakı nümayəndəliyinin direktoru Spartak Sapfarov bildirib. Maliyyələşdirmə isə bərabər şərtlərlə həyata keçiriləcək (hər bir tərəf 50%). Terminalın illik dövriyyəsi 500 min ton taxıl təşkil edəcək. İlkin hesablamalara görə, tikinti işlərinə $10-20 mln tələb olunur.

Xəbər lenti

Xəbər lenti