...

BMT eksperti Azərbaycanda "quş qripi" ilə mübarizə çərçivəsində aparılan işlərdən razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 13:46 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO - FAO) eksperti "quş qripi" idə mübarizə proqramı çərçivəsində Azərbaycanın bir sıra regionlarına baş çəkib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, ötən ay Bakıya gəlmiş epidemioloq quşların məhv olması faktlarının aşkar olduğu bir sıra yerlərdə, o cümlədən, Xəzər dənizinin sahilində yerləşən Giləzidə olub.

"Bu istiqamətdə aparılan bir sıra işləri nəzərdən keçirdikdən sonra təşkilatın eksperti onların səviyyəsindən razı qaldığını bildirib", - deyə baytarlıq xidmətindən məlumat verilib.

Yaxın vaxtlarda ekspert Biləsuvar, Ağdam və Füzuli rayonlarına baş çəkəcək və xidmətin əməkdaşlarının gördükləri təbdbirlərlə tanış olacaq.

FAO eksperti sentyabr ayına kimi burada olacaq və quşlar arasında virusa yoluxma hallarının müşahidə olunduğu Azərbaycanın bütün bölgələrində olacaq, reallaşdırılan tədbirlərlə bağlı fikrini bildirəcək, bu məsələ ilə bağlı tövsiyələrini verəcək.

Xəbər lenti

Xəbər lenti