...

Baytarlıq Xidməti "quş qripi" ilə mübarizə çərçivəsində monitorinq keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 14:44 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti "quş şripi" çərçivəsində regionlarda monitorinq keçirir. Dövlət qurumundan Trend ə verilən məlumata görə, hazırda Baytarlıq Xidməti yeni mübarizə metodundan istifadə edir. Ölkə ərazisində aktiv və passiv monitorinqlər keçirir.

"Bütün ərazi xidmət əməkdaşları tərəfindən yoxlanılır. Ölü quşlar aşkarlandıqda məhv olunur, ərazidə isə dezinfeksiya tədbirləri görülür" - deyə Baytarlıq Xidmətindən bildiriblər.

Aktiv və passiv monitorinqlər planı vaxtı ilə ev və çöl quşlarının kütləvi məhvinin müşahidə olunduğu rayonlarda karantinin ləğvindən sonra həyata keçirilir.

Yaxın vaxtlarda Baytarlıq Xidmətinə dezinfeksiya işləri üçün daha 10 maşını veriləcək.

Yeni planla yanaşı, "Quş Qripi"nin Qarşısının Alınması və Bu Sahədə Bütün Qurumların Əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının sərəncamına əsasən, Baytarlın Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Elmələr Akademiyasının Zoologiya İnstitutu mütəxəssislərinin iştirakı ilə 10-cu monitorinq keçirilir.

Xəbər lenti

Xəbər lenti