...

Avropa Yenidənqurma və İnkişaf Bankının missiyası Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 16:05 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda nəqliyyat sahəsində maliyyələşdirilən layihələrlə əlaqədar Azərbaycan hökuməti ilə müzakirələr aparmaq üçün mayın 10-da AYİB-in nəqliyyat departamentinin rəhbəri Rikkardo Puliti və baş bankir Lino Qredinin Bakıya səfəri başlanır. Bu barədə Trend ə nəqliyyat naziri Musa Pənahov məlumat verib. Bank ekspertləri Bakı-Samur avtomobil yolunun tikintisi və Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDYİ) lokomotiv təsərrüfatının yaxşılaşdırılması layihəsinin maliyyələşdirilməsi ilə tanış olacaq.

Avtomobil yolunun rekonstruksiyası üçün bank ötən il $100 mln. həcmində vəsait ayırıb. ADDYİ-nin layihəsi üçün $50 mln. həcminlə kreditin təsdiqlənməsi 2006-cı ilin martın 21-nə planlaşdırılsa da, qeyri müəyyən müddətə təxirə salınıb. AYİB ekspertlərinin bu dəfəki səfəri zamanı həmin məsələ diqqət mərkəzində olacaq. M.Pənahovun sözlərinə görə, dövlət zəmanətinin verilməsi Avropa Bankının qoyduğu başlıca şərtlərindəndir. Azərbaycan hökuməti dövlət zəmanətinə razılıq versə də, zəmanət məktubunu imzalayacaq şəxs hələ müəyyənləşdirilməyib.

Kredit bankın standart şərtləri əsasında, yəni 15 ilə 4 illik güzəşt və libor+1% dərəcəsilə veriləcək. Qraşıdakı danışıqlar zamanı dərəcənin azaldılması istisna olunmasa da, bu endirim 0,15%-dən çox ola bilməz.

AYİB-in $50 mln. həcmində krediti iki tranşla veriləcək. Birinci tranş ($27 mln.) lokomotivlərin alınmasına sərf olunacaq, ikincisi ($23 mln.) isə Biləcəri və Böyük Şor depolarında xidmət bazalarının yaradılması və ehtiyyat hissələrinin alınması üçün nəzərdə tutulub. Bundan əlavə 60 elektrovoz və teplovozun əsaslı təmiri də planlaşdırılıb.

Layihənin ümumi dəyəri $70 mln təşkil edir. Layihənin əsas məqsədi ADDYİ-nə yük lokomotivlərinin alınması, elektrik lokomotivlərin bərpası və digər məsələlərdə köməklik etməkdir. Bu, Qafqaz dəmir yol xəttilə neft məhsullarının nəqlini yaxşılaşdırmağa imkan verəcək. Layihə həmçinin, ADDYİ-nin dəmir yol əməliyyatlarını təhlükəsizlik və səmərəliyini artıracaq, eləcə də neft ləkələrinin yaranma riskini azaldacaq. Belə ki, neft məhsullarının danışmasında dəymir yolunun payına 75% düşür.

Xəbər lenti

Xəbər lenti