...

Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 164,54 mln manat köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 17:57 (UTC +04:00)

İlkin məlumatlara görə, 2006-cı ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə proqnozlaşdırılmış 162,32 mln. manat əvəzinə 164,54 mln gömrük vergisi ödəyərək proqnozu 101,37% yerinə yetirib. Trend in xəbər verdiyi kimi, bu barədə DGK-nın mayın 1-də yaydığı məlumatda deyilir.

Bu göstərici 2005-ci ilin analoji dövrü ilə müqayisədə 57, 25 mln. manat və ya 53,36% çoxdur. Azərbaycan Milli Bankının məlumatına əsasən, 01.05.2006-cı il üçün manatın dollara nisbətdə rəsmi məzənnəsi 0,9032 AZN-ə bərabərdir.

Xəbər lenti

Xəbər lenti