...

Yayda Azərbaycan və Qazaxıstanın hesablama qurumları arasında saziş imzalanması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 19:28 (UTC +04:00)

İyun-iyul aylarında Azərbaycan Hesablama Palatası (HP) və Qazaxıstanın Hesablama Komitəsi (HK) arasında əməkdaşlıq haqqında saziş imzalanması gözlənilir. Azərbaycanın Hesablama Palatasından Trend ə verilən məlumata əsasən, bu qərar komitənin 10 illiyi münasibətilə keçirilən görüş zamanı qəbul olunub. Sənəd Azərbaycan HP-nın sədri Namiq Nəsrullayev və Qazaxıstan HK-nın sədri Ömarxan Oksikbayev tərəfindən imzalanacaq.

20 ölkənin ali maliyyə nəzarəti orqanı rəhbərlərinin iştirak etdiyi tədbirdə ölkələrin audit orqanları arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Sazişin əsas hissəsi Xəzər dəniz ehtiyyatlarından istifadənin səmərəliyi və nərə balıqlarının rasional istifadəsi üzrə auditin keçirilməsidir. Xəzərin auditində Rusiya və İran da iştirak edəcək.

N.Nəsrullayev "Azərbaycan: ali maliyyə nəzarətinin antikorrupsiya effekti" mövzusunda məruzə ilə çıxış edib. Bundan əlavə, HP aparatının rəhbəri Rasim Həsənovun "Daxili və xarici dövlət maliyyə nəzarətinin xüsusiyyətləri" məruzəsi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti