...

Azərbaycan ECOSAİ-nin rəhbər şurasının iclasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 19:38 (UTC +04:00)

Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti başda sədr Namiq Nəsrullayev olmaqla ECOSAI-nın (İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ali maliyyə nəzarəti orqanları təşkilatı) rəhbər şurasının 11-ci iclasında iştirak edib. Hesablama Palatasından Trend ə verilən məlumata əsasən, tədbir aprelin 25-dən 28-dək İstanbulda keçirilib.

Müşavirədə N.Nəsrullayev dövlət qurumunun son il üzrə fəaliyyəti haqqında hesabat təqdim edib. Cari tədbirlər, xüsusilə, 2007-ci ilə planlaşdırılan təşkilatın assambleyası ilə bağlı məsələlər müzakirə olunub.

Rəhbər şuraya Azərbaycan da daxil olamaqla, 5 İqtisadi Əməkdaşlıq Təşkilatı ölkəsi üzvdür.

Təşkilatın 10-cu iclası apreldə Bakıda keçirilib.

Assambleyanın iclası təşkilatın prezidentini seçmək üçün 3 ildə bir dəfə keçirilir. Hazırda bu vəzifəni Türkiyə Hesablama Məhkəməsinin prezidenti Mehmet Dammar tutur.

Xəbər lenti

Xəbər lenti