...

Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidmətinin imkanları genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2006 19:47 (UTC +04:00)

Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidmətindən artıq respublikanın bütün bölgələrindən olan vergi ödəyiciləri istifadə edə bilər. Trend agentliyi nazirliyə istinadən xəbər verir ki, bu, Vergilər Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əldə edilmiş razılaşmaya əsasən həyata keçiriləcək. Əsas məqsəd regionlarda sahibkarlığın inkişafı və informasiya təminatının yaxşılaşdırılmasıdır.

Vergilər Nazirliyinin 195 nömrəli telefon məlumat xidməti 2003-cü ilin sonlarından Bakı şəhərində fəaliyyətə başlayıb. Xidmət vergi ödəyicilərinin müraciətlərinin müasir tələblərə uyğun cavablandırılması, vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almaları üçün təşkil edilib və ödənişsiz xidmət göstərir.

Telefon məlumat xidməti iki ayrı xidmət rejimləri (avtomatik və canlı rejim) olmaqla fasiləsiz fəaliyyət göstərir. Ötən iki il ərzində telefon xidmətinə daxil olmuş 323280 müraciətdən 237717-i avtomatik, 85563-ü canlı rejimdə mütəxəsislər tərəfindən birbaşa cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti