...

AYİB iyunun 15-də "Qaradağ-sement"in səhmlərinin 20%-nin alınması məsələsinə baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2006 15:09 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası iyunun 15-də "Qaradağ-sement" SC-nin səhmlərinin 20%-ni $10 mlna almaq məsələsinə baxacaq. Bu barədə Trend AYİB-in rəsmi məlumatına istinadən məlumat yayıb. Təsdiqlənmənin tarixi artıq iki dəfə təxirə salınıb. Əvvəlcə bu məsələyə aprelin 25-də baxılması nəzərdə tutulmuşdu, sonradan bu tarix mayın 31-nə keçirildi.

Layihənin ümumi dəyəri $13,3 mln. təşkil edir. Layihənin əsas məqsədi ətraf mühitə təsirlərin azalmasıdır. Ətraf mühitin yaxşılaşdırılması üzrə bütün tədbirlər və investisiyalar AYİB-in bu layihədə iştirakının şərti olan fəaliyyət planına daxildir.

AYİB 1999-cu ildə "Qaradağ-sementi" özəlləşdirən İsveçrənin Holcim şirkətinin paketindəki səhmlərin bir hissəsini alır. Şirkətin sərəncamında səhmlərin 89,4% -i yerləşir, qalanları isə xırda səhmdarlardadır. Avropa bankı müəssisə səhmdarlarının tərkibinə 5-7 il müddətinə daxil olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti