...

Biləcəridə yuyucu-buxarlayıcı stansiyanın açılış tarixi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2006 16:20 (UTC +04:00)

Biləcəridə vaqon-sisternlər üçün yuyucu-buxarlayıcı stansiyasının rəsmi açılış mərasiminin mayın 10-da keçirilməsi nəzərdə tutulur. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən məlumat verilib.

Stansiyanın yenidən qurulması layihəsinin həyata keçirilməsi üzrə tenderin qalibi olmuş İtaliyanın Co¬dest şirkəti vaqonların yuyulması üçün yeni estakadanın tikintisini başa vurub. Stansiya yenidən qurulduqdan sonra hər gün burada 250 vaqonun xarici, 25 vaqon-sisternin isə daxili hissəsi yuyulacaq.

Bu layihə üzrə ten¬der Avropa Yenidənqurma və İnkişaf Bankının 2000-ci ildə ayırdığı $20'2 mln həcmində kredit çərçivəsində gerçəkləşdirilir. Layihənin dəyəri 5'6 mln. AZN-dir. Bunun təxminən $3 mln bankın kreditindən ayrılıb. Yerdə qalan hissə ADDYİ tərəfindən maliyyələşdirilib.

Layihə çərçivəsində stansiyada yeni yollar çəkilib, buxar qazanları, sisternləri yumaq üçün estakadalar, o cümlədən ekologiyaya təsiri azaltmaq üçün xüsusi qurğular quraşdırılıb.

2000-ci ildə AYİB artıq ADDYİ üçün $20,2 mln kredit ayırıb. Bu vəsaitlər yol maşınlarının alınmasına, şpal istehsal edən zavodun tikintisinə, relslərin alınmasına və Biləcəridə yuyucu-buxarlayıcı stansiyanın yenidən qurulmasına xərclənib. Kredit Libor+1%-lə 15 il (ilk 3 il güzəştlidir) müddətinə ayrılıb. 2003-cü ildən başlarayaraq bu kredit artıq qaytarılır. Hər il ADDYİ hər biri $800 min məbləğində iki ödəniş həyata keçirir.

Xəbər lenti

Xəbər lenti