...

İslam İnkişaf Bankının Almatıdakı nümayəndəliyinin rəhbəri Bakıya səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2006 17:44 (UTC +04:00)

İslam İnkişaf Bankının (İİB) Almatıdakı nümayəndəliyin direktoru Nik Zeynalabdin bir həftəlik səfərlə Azərbaycana gəlib. Hökumətdən Trend ə verilən məlumata görə, o, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Bakıda mayın 4-5-i keçiriləcək görüşündə iştirak edəcək. Bundan əlavə, qonaq İİB-nin maliyyələşdirdiyi layihələrin gerçəkləşdirilməsi ilə tanış olacaq. Səfər zamanı yeni 3 illik əməkdaşlıq proqramı müzakirə olunmayacaq.

Bu gün o, İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarında görüşlər keçirib.

Bank tərəfindən Azərğbaycanda maliyyələşdirilən 12 layihənin ($150 mln həcmində) yalnız 4-ü kommersiya şərtləri ilə idi. Bu layihələr Ələt-Qazıməmməd, Ucar-Yevlax, Mingəçevir elektrik stansiyası və Xaçmaz yarımstansiyalarının tikintisi ilə bağlıdır.

Bank tərəfindən Azərbaycana göstərilən texniki yardımın həcmi təxminən $4 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti