...

SGS International Certification Services S.A. Beynəlxalq Sığorta Şirkətinə sertifikat verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2006 18:58 (UTC +04:00)

Beynəlxalq Sığorta Şirkəti ISO 9001 keyfiyyət sertifikatı almaq üçün İsveçrənin SGS International Certification Services S.A. şirkətinin təşkil etdiyi menecment sistemini sertifikatlaşdırma auditindən keçib.

Trend in şirkətin press-relizinə istinadən xəbər verdiyi kimi, audit müştərilərin sığorta şirkətinin təqdm etdiyi məhsullar və xidmətlərdən razılıq səviyyəsini artırmaq məqsədilə aparılıb.

Sertifikatlaşdırma göstərib ki, BSŞ-nin keyfiyyət menecment sistemi müəyyən tələblər əsasında təşkil olunub və səmərəli fəaliyyət göstərir. Sertifikatın olması bir çox bazarlarda uğurun əsas amillərindən biridir və şirkətin sivil işgüzar aləmə mənsubluğuna dəlalət edir.

Xəbər lenti

Xəbər lenti