...

Xarici valyutalar ilə birja əməliyyatları 1,9 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 11:12 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjası (BBIB) 2006-cı ilin aprel ayı ərzində dövriyyə 82,537 mln. manat ($91,094 mln.) təşkil edib. Bu zaman EUR üzrə sövdələşmələrin həcmi 5,500 min manat təşkil edib. Birjadan Trend ə verilən məlumata görə, ötən ayla müqayisədə valyuta sksiyasında alqı-satqının həcmi 21,786 mln. və ya 34,5% artıb. 2005-ci ilin aprel ayı ilə müqayisədə xarici valyutalarla birja alqı-satqısı 89,2% və ya 1,9 dəfə artıb.

2006-cı ilin yanvar-aprel ayları ilə müqayisədə BBIB xarici valyuta ilə alqı-satqının həcmi 247,420 mln. manat təşkil edib ki, bu da 2005-ci ilin 1-ci ilin birinci rübündə birjanın valyuta seksiyasında qeydiyyata alınan sövdələşmələrin həcmindən 15,21% azdır.

Ticarətin Birja Elektron Sistemində (BEST) aprel ayı ərzində 40 ticarət sessiyası keçirilib və 90 sövdələşmə qeydə alınıb.

Ötən il xarici valyutaların birja bazarında aparıcı operator banklar Texnikabank, UniBank, Bank of Baku, Azərbaycan Beynəlxalq Bankı və CİBank olub. Ümumi valyuta sövdələşmələrində Texnikabankın payı 13,23%, UniBank - 13,01%, Bank of Baku - 11,29%, ABB - 8,32% i CİBank - 7,24% olub. Aprel ayında birja ticarətində cəmi valyuta seksiyasının üzvü olan 23 bank iştirak edib.

Xəbər lenti

Xəbər lenti