...

Bakıda növbəti körpünün özülünün qoyulması mərasimi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 16:29 (UTC +04:00)

Mayın 3-də metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında növbəti körpünün təməlqoyma mərasimi keçirilib. Trend in verdiyi məlumata görə, bu körpünün tikintisinin dəyəri 7,7 mln. AZN təşkil edir. Körpünün uzunluğu 70 metrdir.

Azərbaycanın nəqliyyat nazirinin birinci müavini Musa Pənahovun sözlərinə görə, körpünün təməlinin qoyulması bu hissədə nəqliyyatın keçidi ilə bağlı mövcud problemləri həll etməyə imkan verəcək.

Xatırladaq ki, bu gün Bakıda artıq üçüncü körpünün tikintisinə başlanılıb. Bu istiqamətdə işlər Azərbaycan prezidentinin " 2006-07-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin yaxşılaşdırılması barədə" sərəncama müvafiq olaraq həyata keçirilir və bütün bu işlərə ümumilikdə 130 mln. AZN vəsait ayrılıb.

Bu vəsaitdən avtomobil körpülərinin, keçidlərin tikintisi, Bakı-aeroport yolunun genişləndirilməsinə, yeni dairəvi avtomobil magistralının tikintisinə sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti