...

Nəqliyyat Nazirliyi atomobil magistralını Gürcüstan sərhədinədək genişləndirmək üçün təklifləri nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 17:08 (UTC +04:00)

Azərbaycan hökuməti beynəlxalq maliyyə institutları ilə Hacıqabuldan Gürcüstan sərhədinədək avtomobil magistralının iki zolaqlı magistraldan 4 zolaqlı magistraladək genişləndirilməsi üçün əlavə tikinti işlərinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə Trend ə hökumətdən məlumat verilib.

Artıq Dünya Bankı, Fransanın BNP Paribas bankı və Sloveniya bankı maliyyələşdirmədə iştirak etməkdə maraqlı olduğunu bildirib.

Avtomobil yollarının birinci dərəcəli olması üçün Nazirlik layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlamalıdır. Bundan sonra yalnız hökumət maliyyələşdirmə mənbələrini müəyyən edə bilər. Buna görə də Bakı-Rusiya sərhədi və Ələt-Astara avtomagistrallarının yenidən qurulmasının başa çatdırılması nəzərdə tutulduğu 2008-ci ilin sonunadək tikinti işlərini bitirmək mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti