...

Azərbaycan Dövlət Reyestr Xidmətinin saytı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 17:18 (UTC +04:00)
Azərbaycan Dövlət Reyestr Xidmətinin saytı açılıb

Daşınmaz əmlakın vaxtında qeydiyyatdan keçirilməsi gələcəkdə əmlak mübahisələrindən yayınmağa imkan verir. Azərbaycan Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşovun www.propertyregister.gov.az saytının açılış mərasimində bildirib ki, bu məqsədlə bütün ölkə regionlarında xidmətin filialları açılıb. Onların sayı 25-ə çatıb ki, 4-ü işğal olunmuş əraziləri, 1-i - Naxçıvan MR-i və 20-si - digər rayonları əhatə edir.

İşğal ərazilər üzrə yaradılmış filiallar topraqların azad edilməsi və qaçqınların qayıtmasından sonra fəaliyyətə başlayacaq. A.Qaraşov hesab edir ki, mülkiyyət hüququnun qeydiyyata alınması üçün xidmətin rayon şöbələrinə müraciət etmək kifayətdir.

"Vətəndaşlar bilməlidir ki, daşınmaz əmlak bazarının fəaliyyət göstərməsi, alqı-satqı əməliyyatlarının gerçəkləşdirilməsi üçün yeganə sənəd əmlak reyestrindən çıxarışdır" - deyə A.Qaraşov qeyd edib. Vətəndaşlar sayt vasitəsilə istənilən sualla bağlı müraciət edə və operativ cavab ala bilər.

Dünya Bankının nümayəndəsi Rufiz Çıraqzadə ölkədəki reyestr sisteminin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılacağına ümidvar olduğunu bildirib. Rabitə Nazirliyinin nümayəndəsi deyib ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün bütün nazirlik və dövlət qurumlarında saytların yaradılması istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti