...

Dəniz administrasiyası büdcəsinin təqdimatına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 17:23 (UTC +04:00)

Yaxın vaxtlarda respublika prezidentinin sərəncamı ilə yaradılan Azərbaycanın dəniz administrasiyası hökumətə təşkilatın 2006-cı il üzrə büdcəsini təqdim edəcək. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib. Azərbaycanın Dəniz adminsitarsiyasının ştatı 30 nəfərdən artıq nəzərdə tutulub.

Dəniz administrasiyası öz şəxsi gəmilərinə malik olan və Xəzərdə və digər regionlarda çalışan bütün orqanların fəaliyyətini əhatə edir. O, Azərbaycanı beynəlxalq təşkilatlarda, eləcə də Beynəlxalq Dəniz Təşkilatında (IMO) təmsil edəcək. Bu təşkilat eləcə də Azərbaycanda və onun hüdudlarından kənarda çalışan subyektlər arasında münasibətləri nizamlayacaq. Hazırda Azərbaycanla Beynəlxalq Dəniz Administrasiyası (IMO) arasında 34-ə yaxın sənəd imzalanıb. Bu razılaşmaların və konvensiyaların icrası üzrə işləri yaradılan dəniz adminstrasiyası aparacaq.

Hazırda Xəzər Gəmiçiliyi İdarəsi Xəzərdə şəxsi bərələrə, quru yük daşıyan gəmilərə, tanker donanmasına və xüsusi gəmilərə malikdir. Bundan əlavə, öz gəmilərinə Ekologiya və Təbii ehtiyatlar Nazirliyi, "Xəzərdənizneftdonanması" (neft şirkətlərində dənizdəki əməliyyatları yerinə yetirmək üçün nəzərdlə tutulan) və Azərbaycan Dövlət Sərhəd Xidməti malikdir. Özəl şirkətlər həmçinin, şəxsi balıq ovu gəmilərinə malikdirlər.

Xəbər lenti

Xəbər lenti