...

Bakıda ərəb institutlarının investisiya konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 18:18 (UTC +04:00)

İslam İnkişaf bankının maliyyələşdirdiyi İnvestisiy a konfransı noyabrda keçiriləcək. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Artıq bu tarix iki dəfə dəyişdirilib və sonuncu tarix sentyabrın 3-cü ongünlüyünə təyin olunub. Konfrans Ərəbistanın maliyyə institutlarının, ərəb ölkələrinin işgüzar şəxslərinin iştirakı ilə keçiriləcək.

Tədbirin tarixi dəqiqləşdirildikdən sonra bankın missiyası Bakıya səfər edəcək. Bankın birinci missiyası ölkəyə ötən ilin noyabrın 27-də səfər edib. Əsas məqsəd konfransın keçiriləcəyi şəraitlə tanışlıq olub. Konfransın keçirilməsi üzrə bütün xərcləri İslam bankı, daxili xərcləri (nəqliyyat və s.) isə ölkə hökuməti çəkəcək.

Forumda məqsəd özəl sektora sərmayələrin cəlb olunmasıdır. Hətta bu forumun hər üç ildən bir İİB və ərəb fondlarının iştirakı ilə keçirilən dəyirmi masa ilə eyni vaxtda keçirilməsi mümkünlüyü də istisna edilmir. Bununla əlaqədar layihələrin və bukletlərin hazırlanması zəruriliyi ilə bağlı tarixlərin dəyişdirilməsi münasib sayılır.

İİB-in Koordinasiya Şurasına daxil olan ölkələrdən 200-250 nəfərin, elə bu sayda da yerli qonağın iştirakı gözlənilir. İİB analoji konfransı artıq Özbəkistanda keçirib.

Xəbər lenti

Xəbər lenti