...

Şəmkir-Qazax yolunun tikintisi iyulda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2006 18:30 (UTC +04:00)

Awtobam şirkətlər ittifaqı (Almaniya) və Azwirt-Azərkörpü- Azəraqrotikinti konsorsiumu 73 km-lik Şəmkir-Qazax avtomobil yollunun bərpa layihəsini bu ilin iyul ayında başa çatdıracaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" depatmentinin rəhbəri Cavid Qurbanov bildirib.

Bu şirkətlər əvvəllər də layihənin gerçəkləşdirilməsi ilə bağlı problemlərlə üzləşib, onların həllinə nail olmuşdur. Şirkətlər yolun müəyyən hissəsində asfalt örtüyünü çəkmişdir, bu örtük Nazirlik tərəfindən keyfiyyətsiz sayıldığı üçün layihənin gerçəkləşdirilməsinə təzədən başlanılıb.

Bu layihə Dünya Bankının 40 mln. dollar həcmində ayrılmış krediti hesabına gerçəkləşdirilir. Kredit həmçinin Gəncə-Qazax yolunun da bərpasını nəzərdə tutub. Layihənin birinci hissəsi (Qəncə-Şəmkir - 21 km) Türkiyənin "Turan Xazinadaroqlu" şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti