...

Azərbaycanda portfel investisiyaların inkişafı üçün Avropa Birliyi yardım göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2006 19:29 (UTC +04:00)

Avropa Komissiyası iyunda Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün 3 mln. avro məbləğində texniki yardım proqramını təsdiqləmək niyyətindədir. Bu barədə Trend ə Tacis -in Azərbaycandakı əlaqələndirmə bürosunun icraçı direktoru Əsgər Ələkbərov məlumat verib. Onun sözlərinə görə, bu yardım Tacis -in Azərbaycanın İxracın Təşviqi və İnvestisiya Fondu (AZPROMO) ilə işlərin davamı olacaq.

Layihə çərçivəsində Azərbaycanda portfel investisiyaların tətbiqi və inkişafı üzrə dövlət strategiyasının hazırlanması nəzərdə tutulur ki, bu da qiymətli kağızlar bazarının iştirakçıları ilə iş və qanunvericiliyin təkmilləşdirilməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti