...

Azərbaycan mütəxəssisi ICARDA tərəfindən təşkil olunan görüşdə iştirak etmək üçün Suriyaya yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2006 15:12 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Aqrar mərkəzinin baş direktoru Əsəd Musayev işgüzar səfərlə Aleppoya yola düşüb. Mərkəzdən Trend ə verilən məlumata görə, səfərin məqsədi mayın 7-də Quraqlıq Rayonlarında Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA) təşkil etdiyi illik iclasda iştirak etməkdir. Tədbirdə kənd təsərrüfatı işləri haqqında hesabatlar təqdim olunacaq.

Görüşdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri nümayəndələrinin iştirak gözlənilir.

A.Musayev həmçinin, ICARDA-nın Azərbaycandakı koordinatorudur. Əvvəlki illərdə bu təşkilatın maliyyə dəstəyilə Erroziya (Aşınma) və Suvarma Elmi-Texniki İnstitut Azərbaycanda "Fermerlərin iştirakı ilə Şamaxı rayonunda meyvə bağlarının becərlilməsi texnologiyasının araşdırılması" və sair bu kimi layihələr gerçəkləşdirilib.

Xəbər lenti

Xəbər lenti