...

I rübdə vergi daxilolmalarının təxminən 50%-i 9 iri vergi ödəyicisi tərəfindən həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2006 15:11 (UTC +04:00)

2006-cı ilin I rübündə Vergilər Nazirliyi iri vergi ödəyicisi olan 9 dövlət təşkilatından 196,8 mln. manat toplayıb ki, bu da ümumi vergi daxilolmalarının

47,4%-ni təşkil edir. Bu barədə Trend ə Vergilər Nazirliyindən məlumat verilib. 2005-ci ilin analoji dövrü ilə müqayisədə bu daxilolmaların həcmi 63 mln. manat və ya 47,1% artıb.

Hesabat dövrü ərzində ARDNŞ dövlət büdcəsinə 170,6 mln. manat köçürüb ki, bu da I rübdə vergi orqanları tərəfindən toplanmış ümumi vəsaitlərin 41,1%-ni təşkil edir. Digər 8 iri vergi ödəyicisi də daxilolmaların həcmini artırıb və 2005-ci ilin I rübü ilə müqayisədə 27,1% (5,6 mln. manat) çox vəsait köçürüb.

Yanvar-mart aylarında vergi orqanları tərəfindən toplanmış vəsaitin 1,1%-i (4,4 mln. manat) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, 1,7% (7,1 mln. manat) - "Azəriqaz" SC, 1,3% (5,2 mln. manat) - ADDYİ, 1,2% (4,8 mln. manat) - "Azərenerji" SC, 0,7% (2,9 mln. manat) - AzAL DK, 0,2% (0,8 mln. manat) - "Azərkimya" DŞ, 0,2% (0,6 mln. manat) - "Azərsu" SC, 0,1% (0,4 mln. manat) isə XDGİ-nin payına düşür.

2005-ci ilin analoji dövrü ilə müqayisədə Rabitə Nazirliyindən daxilolmaların həcmi 5,5%, "Azərkimya" - 4 dəfə, ADDYİ - 62,5%, "AzAL" - 61,7%, "Azərsu" - 58%, "Azərenerji" - 19,3%, "Azəriqaz" - 10,3% artıb. XDGİ tərəfindən vergi tutulmaları isə 16,2% azalıb.

I rübdə Vergilər Nazirliyi proqnozu 103,4% yerinə yetirərək dövlət büdcəsinə 414,9 mln. manat köçürüb.

Xəbər lenti

Xəbər lenti