...

Azərbaycan TRACECA üzrə beynəlxalq auditor qrupunun tərkibinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 12:51 (UTC +04:00)

Sofiyada keçirilən TRACECA hökumətlərarası komissiyanın 5-ci iclasında beynəlxalq auditor qrupunun tərkibi təsdiqlənib. Oraya Azərbaycan, Qazaxıstan və Türkiyə daxil edilib. Bu barədə Trend ə Azərbaycanın bu təşkilatdakı milli katibi Akif Mustafayev məlumat verib.

A.Mustafayevin sözlərinə görə, birinci audit 2006-cı ilin III rübündə keçiriləcək. Bundan sonra proqrama daxil olan digər iştirakçı dövlətlər də qrupun işində iştirak edə bilər.

Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcügstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna və Türkmənistan TRASECA -nın iştirakçılarıdır.

Xəbər lenti

Xəbər lenti