...

Qazaxıstan nümayəndəsi TRACECA-nın yeni baş katibi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 15:53 (UTC +04:00)

Qazaxıstan nümayəndəsi TRACECA-nın yeni baş katibi təyin olunub. O, Qazaxıstan Nəqliyyat Nazirliyinin beynəlxalq əlaqələr və tranzit siyasəti idarəsinin rəisi Rustan Cenalinovdur. Bu barədə Trend ə təşkilatın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib.

Yeni rəhbər nəqliyat sahəsində böyük təcrübəyə malikdir və nəqliyyat dəhlizində vəziyyətlə yaxşı tanışdır.

Yeni baş katib Sofiyada TRACECA ölkələrinin hökumətlərarası komissiyasının 5-ci iclasında seçilib. Hazırda təşkilatda sədrlik Bolqarıstana verilib. Gələn ilin 1-ci yarısında isə təşkilata Qazaxıstan sədrlik edəcək və baş katib öz işini davam etdirəcək.

5-ci iclas zamanı 2015-ci ilin sonunadək nəqliyyat dəhlizinin inkişaf strategiyası qəbul olunub. Strategiyada gələcəkdə dəhlizin inkişafı, xüsusilə nəqliyyatın bütün növlərinin (o cümlədən aviasiya) inkişafı, digər nəqliyyat dəhlizləri və təşkilatlarla qarşılıqlı fəaliyyət və yeni qonşuluq siyasəti çərçivəsində iş öz əksini tapıb.

İclasda 2007-ci ilin büdcəsi müzakirə edilib və qəbul olunub. Həmçinin, təşkilatda müşahidəçi statusu da qəbul edilib.

Xəbər lenti

Xəbər lenti