...

"Salyan plastik kütlə emalı" SC "Xəzər" təərfindən özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 16:31 (UTC +04:00)

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Xəzər"lə "Salyan plastik kütlə emalı" SC-nin səhmlərinin alqı-satqısı haqqında müqavilə imzalayıb. Trend agentliyinin Dövlət Komitəsinə istinadən yaydığı məlumata əsasən, kimya zavodunun özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə gerçəkləşdirilib. İnvestisiya proqramı çərçivəsində "Xəzər" bir il ərzində müəssisəyə 600 min manat vəsait yatıracaq. İnvestor həmçinin, dövlət büdcəsinə 300 min manat köçürəcək. Dövlət Komitəsinə isə 40 min özəlləşdirmə çeki təqdim olunacaq.

İnvestisiya proqramına əsasən, ilkin işlərin gerçəkləşdirilməsi üçün "Salyan plastik kütlə emalı" SC-nin hesabına 30 min manat ödəniləcək. İnvestisiyalar müasir tələblərə cavab verən avadanlığın alınmasına və infrastrukturun bərpasına sərf olunacaq.

Sosial proqrama əsasən, zavodda 30 yeni iş yeri açılacaq və əmək haqqları artırılacaq.

Xəbər lenti

Xəbər lenti