...

Gürcüstan Dəmir Yolu İdarəsi Tbilisi-Bakı-Moskva qatarının mayın sonunda işə başlayacağına ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 17:08 (UTC +04:00)

Gürcüstan Dəmir Yolu İdarəsi Tbilisi-Bakı-Moskva qatarının mayın sonunda işə başlayacağına ümid edir. Trend agenliyinin Gürücstandakı xüsusi müxbiri bildirir ki, hazırda Azərbaycan və gürcü mütəxəssisləri texniki məsələlər üzrə intensiv iş aparır.

Bu layihə çox diqqətlə nəzərdən keçirilən layihələrdəndir. Hazırkı mərhələdə tərəflər hərəkət qrafiki, Bakı-Moskva qatarına əlavə olunacan vaqonların sayı barədə razılaşır. Həmçinin viza, biletlərin qiyməti və digər təfəruatlar müzakirə olunur.

"Ən əsası tərəflərin Tbilisi ilə Moskva arasında hərəkətin bərpası haqqında razılığın əldə olunmasıdır" - deyə Gürcüstan Dəmir Yolu İdarəsindən qeyd olunub.

Xəbər lenti

Xəbər lenti