...

Azərbaycan DB-yə yeni yol layihələrində iştirak etməyi təklif edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2006 17:12 (UTC +04:00)

Dünya bankının yol missiyası mayın 8-də Azərbaycan hökuməti ilə bankın yeni yol layihələrinin maliyyələşdirilməsində iştirak etmə imkanlarının müzakirəsinə başlayıb. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyindən məlumat verilib. Missiyanın tərkibinə Avropa və Mərkəzi Asiya infrastruktur sektorunun direktoru Motu Konişi və bankda yol infrastrukturu üzrə mütəxəssis Olivye Le Ber daxildir.

Dünya bankı 4 il ərzində (2006-09-ci illər) ölkənin nəqliyyat sektoruna $550 mln sərmayə qoymağa hazırdır. Vəsait BYİB-in xətti ilə ayrılacaq. Bundan başqa, yeni strategiya çərçivəsində 2 avtomobil magistralının yenidən qurulması üçün Azərbaycana $200 mln kreditin ayrılması təsdiqlənib. Layihədə Ələt-Masallı avtomobil magistralının genişləndirilməsi və marşrutunun dəyişdirilməsi, Bakını respublikanın qərb rayonları ilə əlaqələndirən Bakı-Şamaxı-Muğan yolunun təmiri nəzərdə tutulur.

Hökumətdən Trend ə verilən məlumata görə, banka Hacıqabul-İmişli (Beyləqan), Şamaxı-Yevlax, Yevlax-Zaqatala avtomobil yollarının yenidə qurulması layihəsində iştirak etmək də təklif olunacaq.

Bank missiyası mayın 10-dək Bakıda olacaq. Missiyanın Nəqliyyat Nazirliyi və Nazirlər Kabinetində görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti